Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

15 Noyabr 2019- 11:01
11 Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov noyabr ayının 20-də Şəmkir rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Daşkəsən rayonunda vətəndaşları qəbul edəcəklər.

 

Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 10:00-da Şəmkir şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Şəmkir və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilərlər.

 

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə saat 11:00-da Daşkəsən şəhərində İcra Hakimiyyətinin köhnə inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Daşkəsən rayonunun sakinləri iştirak edə bilərlər.

 

Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.

 

Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.