Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev dekabr ayının 13-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul Mingəçevir şəhərində saat 11:00-da Heydər Əliyev mərkəzində keçirəcək. Qəbulda yalnız Mingəçevir şəhərinin sakinləri iştirak edə bilərlər.Qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Qəbula yazılmaq istəyənlər müvafiq şəhərin Yol İstismarı MMC-də əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.