Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu il ərzində yerinə yetirilmiş işlər, 2020-ci ildə yerinə yetiriləcək işlər barədə İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransı keçirib.
Ötən il görülmüş və bu il görülməsi nəzərdə tutulan işləri hesabat şəklində aşağıda təqdim edirik...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
2019-cu il ərzində yerinə yetirilmiş işlər barədə - HESABAT
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2019-cu il yanvar ayının 11-də keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, möhtərəm cənab Prezident yekun nitqində yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıq qoyaraq bildirmişdir:
“Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var.”
Bu tapşırığın icrası olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu il ərzində 1376,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
O cümlədən :
- Respublika əhəmiyyətli - 139,8 km;
- Yerli əhəmiyyətli - 908,8 km;
- Bakı şəhər yollar - 301,5 km;
- Sumqayıt şəhər yolları - 26,5 km
2019-cu il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilmiş, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilmiş, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılmşıdır.
Ümumilikdə 2019-cu il ərzində cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatmışdır.
Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km oln 3 respublika əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlərarası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilmişdir.
Hesabat dövrü ərzində ümumilikdə Dövlət Agentliyi tərəfindən 128, 9 min ton bitum və 15,6 min ton mazut istifadə edilmiş, 2 343,0 min ton asfalt-beton istehsal edilmişdir.
Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyəsini nəzərə alaraq, 78,1 ton bituma adgeziya qatqısı alınaraq asfalt-beton örtüyünün tikintisində istifadə edilmişdir.
Bakı şəhərinin avtomobil yolları
2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301,5 km kilometr olan şəhər yolları yenidən qurulmuş və təmir olunmuşdur. O cümlədən, uzunluğu 103,9,0 km olan investisiya vəsaiti hesabına, uzunluğu 197,6 km olan “ Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına.
Sərəncamlara uyğun olaraq yenidən qurulan aşağıdakı layihələr başa çatmışdır:
- Sabunçu rayonunda Zabrat-Maştağa yolu - “Savalan” yaşayış massivi (3,4 km);
-Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu ( 5,1 km);
- Suraxanı rayonunda Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən avtomobil yolu ( 6,6 km);
- Nərimanov rayonunda yenidən qurulan, uzunluğu 6,0 km olan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yollar;
- Pirallahı rayonunda, uzunluğu 3,5 km olan Qala-Pirallahı yolu-Gürgən qəsəbəsi və Qala-Pirallahı yolu-“Qoşa Qışlaq” yaşayış massivi avtomobil yolları;
- Səbail rayonunda, uzunluğu 8,6 km olan Gülbala Əliyev küçəsinin (20-ci sahə) əsaslı təmiri;
- Yasamal rayonunda, uzunluğu 0,8 km olan Şəfaət Mehdiyev küçəsinin;
- Uzunluğu 11,0 km olan Xocasən-Lökbatan avtomobil yolunun 0-11 km hissəsinin təmiri;
- Xəzər rayonunda, uzunluğu 19,8 km olan daxili avtomobil yollarının yenidənqurulması.
Bundan əlavə Bakı şəhərinin rayonlarında təmirə ehtiyacı olan 197,6 km uzunluğunda küçə və avtomobil yollarında, habelə qəsəbədaxili yollarda əsalı təmir işləri yerinə yetirilmişdir.
O cümlədən:
- Xətai rayonunda - uzunluğu 18,0 km, sahəsi -221,3 min m2;
- Sabunçu rayonunda - uzunluğu 83,4 km, sahəsi -461,6 min m2;
- Yasamal rayonunda - uzunluğu 5,87 km, sahəsi -126,5 min m2;
- Binəqədi rayonunda - uzunluğu 24,13 km sahəsi -263,6 min m2;
- Səbail rayonunda - uzunluğu 5,8 km, sahəsi - 43,1 min m2;
- Nizami rayonunda - uzunluğu 4,5 km, sahəsi -74,2 min m2;
- Nərimanov rayonunda - uzunluğu 4,9 km, sahəsi -65,4 min m2;
- Xəzər rayonunda - uzunluğu 27,1 km, sahəsi -194,5 min m2;
- Suraxanı rayonunda - uzunluğu 7,5 km, sahəsi -58,8 min m2;
- Pirallahı rayonunda - uzunluğu 4,1 km, sahəsi -27,4 min m2;
- Qaradağ rayonunda - uzunluğu 10,6 km, sahəsi -74,1 min m2;
- Nəsimi rayonunda - uzunluğu 2,1 km sahəsi -61,4 min m2;
Möhtərəm cənab Prezident tərəfindən əhali və Yerli İcra Hakimiyyəti orqanları tərəfindən edilən müraciətlər nəzərə alınaraq, 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonu üçün ( 14,3 km, 100 min kv.m, 3 milyon manat), Binəqədi rayonu, (30 km, 8,7 milyon manat), Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ( 31,6 km, 175,2 min kv.m, 7,8 milyon manat), Sabunçu rayonu (14,3 km, 100 min kv.m, 3 milyon manat) ərazisində qəsəbə daxili yolların əsaslı təmiri üçün Sərəncamlar imzalamış və işlər sürətlə və keyfiyyətlə davam etdirilir.
2019-cu il ərzində Bakı şəhər yollarında 1019,4 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilmişdir.
Vətəndaşların qəbulu ilə bağlı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2019-ci il ərzində 694 nəfər qəbul üçün müraciət etmiş, bunlardan 261 nəfəri şəxsən İdarə Heyətinin sədri tərəfindən, 152 nəfəri Agentliyin vəzifəli şəxsləri tərəfindən, 281 nəfər isə İdarə Heyətinin sədri və müavini tərəfindən səyyar qəbul zamanı qəbul edilərək dinlənilmişlər. Səyyar qəbul zamanı 281 müraciətin 206-ı yerində təmin olunmuş, 75 müracitlə bağlı geniş izah verilmişdir.
Daxili İnvestisiya hesabına yerinə yetirilən Respublika əhəmiyyətli layihələr
Azərbaycan Respublikası Prezidenti tərəfindən 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri hesabına Şirvan-Salyan avtomobil yolu (31 km, 2 hərəkət zolaqlı), Lənkəran-Lerik avtomobil yolu (51 km, 2 hərəkət zolaqlı), Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabad hissəsinin bərpası (34,8 km, 2 hərəkət zolaqlı) işləri başa çatdırılmış, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi( 60,0 km, 4 hərəkət zolaqlı) işləri davam etdirilmişdir.
Bundan əlavə Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində uzunluğu 2,0 km, eni 37,0 m olan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə çıxışı təmin edilmiş və dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Samur “(Azərbaycan Respublikası)" Yaraq Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi başa çatdırılaraq 2019-cu il dekabr ayının 24-də Azərbaycan və Rusiya Federasiyasının rəsmilərinin iştirakı ilə açılış mərasimi keçirilmişdir.
M-2 magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin bərpası (45,0 km, 4-6 hərəkət zolaqlı) işləri ayrılan vəsait həcmində icra edilmişdir.
Xarici kredit hesabına yerinə yetirilən layihələr
2019-cu il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilmişdir. Layihələr üzrə məlumat belədir:
1. M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.
- Podratçılar - Türkiyənin Özgun Yapi Senaye ve Ticaret AŞ (Lot 1), Polat Yapi Senaye ve Ticaret AŞ (Lot 2) və Azərbaycanın Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (Lot 3) şirkətləri
- Texniki nəzarətçi - İtaliyanın İRD Engineering şirkəti
01.01.2020-ci il tarixinə yerinə yetirilən işlər 29,13% təşkil edir.
Uzunluğu 130,15 km olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.
2. R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.
- Podratçı - Türkiyənin Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş şirkəti
- Layihəçi - Almaniyanın Kocks Consult GmbH şirkəti
- Texniki nəzarətçi - Türkiyənin BCT İnşaat Memarlıq Mühəndislik Müşavirlik A.Ş
01.01.2020-ci il tarixinə yerinə yetirilən işlər 50,58 % təşkil edir.
Uzunluğu 59,8 km olan II dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
3. R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolu yenidən qurulması
Layihə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.
- Podratçılar - Azərbaycan/Türkiyənin Körpü Bina Tikinti və Mehmet Güneş İnşaat BM (Lot 1) və Türkiyənin Polat Yapi Senaye ve Ticaret AŞ (Lot 2) şirkəti
- Layihəçi - Banqladeşin BCL Associates Limited şirkəti
- Texniki nəzarətçi - İtaliyanın İRD Engineering şirkəti
01.01.2020-ci il tarixinə yerinə yetirilən işlər 52,21 % təşkil edir.
Uzunluğu 70,5 km olan II texniki dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur.
4. M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki dairəsi hissəsinin yenidənqurulması və R-57 Şəki dairəsi-Şəki (12 km) avtomobil yolunun bərpası
Layihə Asiya İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.
- Podratçılar - Azərbaycanın Azvirt (Lot 1) və Türkiyənin Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş (Lot 2) şirkətLƏRİ
- Layihəçi - Almaniyanın Kocks Consult GmbH şirkəti
- Texniki nəzarətçi - İtaliyanın İRD Engineering şirkəti
01.01.2020-ci il tarixinə yerinə yetirilən 55.4 % işlər təşkil edir.
Yolun uzunluğu 46,12 km olan II texniki dərəcəli və 12 km olan III dərəcəli hissələrin tikintisi işlərinə 2019-cü ilin mart ayında başlanmış, 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur.
5. M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101÷117 km hissəsinin 4 zolağa genişləndirilməsi
Layihə Dünya Bankı ilə imzalanmış Kredit Sazişi çərçivəsində həyata keçirilir.
- Baş Podratçı - Türkiyənin Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş
- Texniki nəzarətçi - İtaliyanın İRD Engineering şirkəti
Uzunluğu 16 km olan I texniki dərəcəli yolun tikintisi işlərinə 2017-cü ilin dekabr ayında başlanmış, 2019-ci ilin dekabr ayında başa çatdırılraq, möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilmişdir.
Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.
2019-cu il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 1906 yol nişanları, 15 940 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 717,9 min m2 həcmində yolların sari və ağ boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.
2019-cu il ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 547 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 8501 pm əyrixətli tirlər, 220 pm mühafizə çəpərləri, 22 işıq dirəyi, 10,5 m2 informatik lövhə, 8 ədəd yol nişanı, 26 m körpü məhəccəri yararsız hala düşmüşdür.
Ümumilikdə yol təsərrüfatına 680 min 458,52 manat məbləğində maddi ziyan dəymiş, bundan 423 min 911 manatı (62,3 %), ödənilmişdir.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 483 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 8 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 56 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.
Ekologiya və yaşıllaşdırma
”Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət gösrərilir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 mln 399 min 159 ədəd, o cümlədən 1 mln 125 min 859 ədəd çoxillik ağac mövcuddur.
Avtomobil yollarının təhkim zolağında 2017-2018-ci illərdə 182 min 351 ədəd , 2019-cu ildə isə 94 min 680 ədəd, ümumilikdə 461,7 hektar ərazidə 277 min 031 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.
Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən 7,8 hektar ərazidə yaradılşmış 5 tinglik sahəsində yetişdirilən 225 min 600 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilmişdir. Hal-hazırda bu tinglik sahələrində 68 min 345 ədəd ağac və kol bitkisi yetişdirilir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə
əməl olunması vəziyyəti haqqında
Son illərdə olduğu kimi, 2019-cu ildə də Agentlik üzrə əmək şəraiti xeyli yaxşılaşdırılmış, istehsalat fəaliyyəti və eyni zamanda işin təhlükəsizliyi keyfiyyətcə və kəmiyyətcə artırılmışdır. Tabelikdə olan bütün MMC-lərin inzibati və yardımçı binaları təmir edilmiş, istehsalat-texniki bazalarının əksəriyyəti əsaslı şəkildə yenilənmiş və ya bərpa edilmiş, inzibati-təsərrüfat əraziləri planlaşdırılaraq abadlaşdırılmış, işçilərin iş şəraiti davamlı olaraq daimi yaxşılaşdırılmışdır.
2019-cu ildə 19 №-li (Yevlax ş.) və 11 №-li (Oğuz r.) Yol İstismarı” MMC-lərin, “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin (Bakı ş.) yeni tikilmiş inzibati binalarında tamamlama işləri başa çatdırılmışdır, “4 №-li Magistral Yolların İstismarı” MMC (Müşfiq q.), 24 №-li (Göygöl r.) və 29 №-li (Naftalan ş.) Yolların İstismarı MMC-lər və “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC (Xırdalan ş.) üçün yeni inzibati bina tikilib təmir edilmiş və istifadəyə verilməsi üçün işlər yekunlaşmaq üzrədir. Bu MMC-lərdə yeni istehsalat sexlərinin yaradılmçı üçün də xeyli işlər görülür.
MMC-lərin istehsalat sahələri, inzibati binalar, tikililər, işçilər üçün məişət otaqları, ərazi və digər yerlər yaxşı vəziyyətdə saxlanılır, böyük əksəriyyətində kombi tipli istilik sistemi quraşdırılmış, lazım olan təzə mebel avadanlıqları, dəftərxana ləvazimatları, kompüter və kseroks aparatı alınıb və iş şəraiti normal səviyyədə təmin edilib.
“6 №-li Magistral Yolların İstismarı” MMC-də işçilərin iş şərati daha yüksək səviyyədə təmin edilmişdir, yeni inzibati bina istismara veriləndən sonra həyətyanı sahələr və ona bitişik sahədə yerləşən maşın-mexanizm parkı yenidən planlaşdırılmış, şəxsi nəqliyyat vasitələri üçün əlavə duracaq tikilmiş, giriş-çıxış yolları, avtodayanacaqlar asfaltlanmış, parkla inzibati binanın əraziləri tam şəkildə hasarlanmış və bir-birindən ayrılmışdır.
Obyektlərin yanğından mühafizəsinin təmin edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində lazımi işlər görülür və nəzarətdə saxlanılır. İşçilər qanunvericiliklə müəyyən olunmuş qaydada təlimatlandırılır və onlarla maarifləndirici söhbətlər aparılır. Əməyin mühafizəsi üzrə işçilərin bilikləri müvafiq komissiya tərəfindən yoxlanılır və müəyyən edilmiş formada “Əməyin mühafizəsi üzrə biliyin yoxlanılması haqqında vəsiqə”lər verilir. Üçpilləli nəzarət sistemi təşkil edilmişdir.
MMC-lərdə işçilərin sağlamlığının təminatı, iş qabiliyyətinin saxlanılması, o cümlədən, əmək haqqı və ona əlavələrin hesablanması və vaxtında ödənilməsi, digər sosial ödənişlərin verilməsi, işçilərin növbəti məzuniyyətə buraxılması, həmçinin əlavə məzuniyyət hüququndan istifadə etmələri müvafiq norma və qaydalara uyğun təşkil edilmişdir.
İl ərzində istehsalatla bağlı peşə xəstələnməsi halları qeydə alınmamışdır. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ərizə və şikayət daxil olmamışdır.
Əməyin mühafizəsi və Texniki təhlükəsizliklə bağlı məqsədyönlü tədbirlərin il boyu həyata keçirilməsinə baxmayaraq, 2019-cu il ərzində Agentlik üzrə istehsalatla bağlı “7 №-li Magistral Yolların İstismarı” MMC-də, “46 №-li Yol İstismari” MMC-də, “3 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-də, “4 №-li Magisral Yolların İstismari” MMC-də 4 nəfər işçinin ölümü və 1 nəfərin zədələnməsi ilə nəticələnən 5 bədbəxt hadisə qeydə alınmışdır.
Qeyd edilən hadisələr qanunvericiliklə müəyyən olunmuş qaydada MMC-nin nümayəndələrinin iştirakı ilə Dövlət Əmək Müfəttişliyi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən araşdırılaraq sənədləşdirilmiş, qeydə alınmış, səbəb və nəticələri tədqiq edilərək zəruri tədbirlər görülmüşdür. Hadisələr həmçinin hüqüq-mühafizə orqanları tərəfindən də araşdırılmış və hüquqi qiymət verilmişdir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə "Qala Həyat" Sığorta Şirkəti ASC ilə müqavilə bağlanmışdır və müqavilə şərtlərinə əməl edilir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri daimi nəzarətdə saxlanılır və bu işin daha da gücləndirilməsi üçün tədbirlər davamlı olaraq həyata keçirilir.
2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
yerinə yetiriləcək işlər barədə
2020-ci ildə respublikanın 29 şəhər və rayonunda, habelə Bakı şəhərinin 12 rayonu ərazisində uzunluğu 893,2 km olan kənd və qəsəbə yollarının tikintisi və təmiri nəzərdə tutulmuşdur. O cümlədən:
1. İcrasına 2018-2019-ci ildə başlanmış layihələr – uzunluğu 129,0 km;
(Alpan-Kürkün-Susay – 24,0 km, Quba – Qonaqkənd 46,0 km, Qusar rayonunda Cibir – Həzrə 44,0 km, Qobustan rayonunda Ərəbqədim – Göydərə 13,0 km. Qəbələ rayonunda Bum çayı üzərində körpü və 2 km avtomobil yolu və Gədəbəy rayonunda 2 körpünün tikintisi).
2. Kəndlərarası layihələr – 24 rayon ərazisində uzunluğu 582,5 km olan 24 kəndlərarası avtomobil yolunun təmiri və tikintisi yerinə yetiriləcək;
3. Bakı şəhərinin 12 rayonunda – ümumi uzunluğu 171,6 km olan 26 qəsəbə daxilində avtomobil yollarının təmiri və tikintisi işləri yerinə yetiriləcəkdir.
2020-ci ildə Respublika əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri işləri davam etdiriləcək və başa çatdırılacaqdır.
- Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi( 60,0 km, 4 hərəkət zolaqlı) işləri davam etdiriləcəkdir;
- M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi ( uzunluğu 130,2 km) işləri davam etidirləcəkdir;
- R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı) işlər başa çatacaqdır;
- M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı) işlər başa çatacaqdır;
- R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) işlər başa çatacaqdır;
- Ağsu-Kürdəmir-Bəhrəmtəpə (53 km)-Zərdab avtomobil yolunun yenidən qurulması (42,0 km, 2 hərəkət zolaqlı) işləri başa çatacaqdır;
- “Ağ şəhər” layihəsi çərçivəsində yolların tikintisi işləri davam etdiriləcəkdir;
- Bakı şəhərində və respublikanın yollarında piyada keçidlərinin tikintisi işləri davam etdiriləcəkdir;
- Ələt-Hacıqabul avtomobil yolunun asfalt-beton örtüyünün bərpası işləri;
- Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi;
- Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə Xırdalan dairəsində yerləşən müxtəlif səviyyəli tunel tipli yol qovşağında yenidənqurma işlərinin aparılması;
- R-8 Muğanlı-İsmayıllı avtomobil yolunun layihələndirilməsi və yenidən qurulması.