AAYDA-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib

20 Yanvar 2020- 16:42
11 AAYDA-nin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün on minlərlə insan Şəhidlər Xiyabanına üz tutaraq, Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarlarını ziyarət edir. Hər il olduğu kimi bu il də Xiyabana gələn paytaxt sakinləri, əmək kollektivləri şəhid məzarları önünə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad edirlər.

 

Həmin gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarını ziyarət edib, xatirələrini dərin ehtiramla anıblar.

 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 30 il ötür. 30 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədiblər.