“Yollar və körpülər” jurnalının ilk nömrəsi çapdan çıxıb

18 Yanvar 2016- 00:00
11 “Yollar və körpülər” jurnalının ilk nömrəsi çapdan çıxıb

         “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Yollar və körpülər” adlı  analitik-informasiya jurnalının ilk nömrəsi çapdan çıxıb. Jurnalda bir-birindən maraqlı yazılar və bu yazılara aid çox gözəl fotolar yer alıb.

 

         Jurnalın ilk sayında modernləşən və yenilən yol infrastrukturu barədə məqalə, avtomobil yollarında yeniliklər, təmir və yenidənqurma işlərə haqda xəbərlər, cəmiyyətin 2015-ci il ərzində gördüyü işlərin hesabat yazısı dərc olunub.

 

         Bundan başqa jurnalda Azərbaycanın yol şəbəkəsinin tarixi, avtomobil yolları infrastrukturu, yeni tikinti texnologiyaları barədə, Bakının ən gözəl prospekti – Heydər Əliyev prospekti və Salyanda inşa edilən regionun möhtəşəm körpüsü haqda maraqlı yazılar yer alıb.

 

         “Yollar və körpülər” jurnalında İsveçlə Danimarkanı birləşdirən unikal Öresund körpü-tuneli, dünyanın 5 ən bahalı yolu, həmçinin yüzlərlə şerin və 2 kitabın müəllifi olan yol mühəndisi və mənzərəli yollarımızın fotolorı ilə də tanış olmaq mümkündür.