Aparılan təmir işləri ilə əlaqədar olaraq, iyun ayının 23-dən 24-nə keçən gecədən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.