20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar olaraq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Ziyarət zamanı şəhidlərin xatirəsi ehtiramla anılıb, ölkəmizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin məzarları üzərinə matəm musiqisinin sədaları altında güllər düzülüb, şəhidlərə Allahdan rəhmət dilənib.