Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik.