“Azəryolservis” ASC-nin sədri S.Məmmədov vətəndaşları qəbul edib

29 Yanvar 2016- 00:00
11 “Azəryolservis” ASC-nin sədri S.Məmmədov vətəndaşları qəbul edib

Xəbərə aid:

 FOTOLAR

          Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikası qanununa uyğun olaraq “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib.

 

          Qəbulda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri, aparat rəhbəri, müvafiq idarə və şöbə rəisləri iştirak ediblər.

 

         Qəbula yazılan 50-dən artıq vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənildi. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyatı struktur rəhbərlərinə göstərişlər verdi. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapdı, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alındı.

 

         Qeyd edək ki, “Azəryolservis” ASC-də Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanuna uyğun olaraq, vətəndaşların qəbul günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasən cəmiyyətin sədri Saleh Məmmədov tərəfindən hər ayın son 5-ci günü vətəndaşların qəbulu keçirilir.