Uzun illərdir sakinlərimiz yolun bərbad olmasından əziyyət çəkirdilər. İstehsal etdiyimiz məhsulları kənara apara bilmir, əlavə çətinliklə üzləşirdik.
Bu il möhtərəm prezidentimizin sərəncamına əsasən sizin kollektivin zəhməti sayəsində Əlirzalı-Xanqərvənd avtomobil yolu istifadəyə verilmişdir. Buna görə də bütün kənd sakinləri adından sizə dərin ehtiramımızı və təşəkkürümüzü bildiririk. Azərbaycanın hansı ərazisindən keçməyimizdən asılı olmayaraq hər bir yolda səliqə -səhman yaradılır. Sizin işçilər hər zaman iş başında görünür. Sizə minnətdarıq.
Hörmətlə ,
Goranboy rayonu, Xanqərvənd , Əlirzalı kənd sakinləri.
YOLUNUZ AÇIQ OLSUN..