Son illər Lənkəran rayonunda böyük işlər görülüb. Bu işlərin əksəriyyətini biz çoxdan arzu edirdik..
Xüsusilə yollarımızın vəziyyəti bizi çox narahat edirdi. Bu məqsədlə dəfələrlə etdiyimiz müraciətlərin nəticəsində cənab Prezident xahişimizi nəzərə alaraq gündəlik istifadə etdiyimiz Bala- Şürük kənd mərkəzi avtomobil yolunun asfaltlanması barədə göstəriş verdi. Yolumuz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə asfaltlanmışdır. Doğurdan da yol rahatlıqdır, həyatdır, xöşbəxtlikdir. Cənab prezidentə bu xöşbəxtliyi bizə bəxş etdiyi üçün kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Biz sizinlə fəxr edirik. Allah sizi qorusun.
Hörmətlə,
Lənkəran rayonu, Bala-Şürük kənd sakinləri
YOLUNUZ AÇIQ OLSUN..