AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

17 Sentyabr 2020- 09:47
11 AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Ötən gün sosial şəbəkələrdə bir qrup vətəndaşın AAYDA-nin inzibati binasına gəldiyi lakin içəri buraxılmadığını əks etdirən video yayılıb. Videonu yayan şəxs iddia edir ki, vətəndaşların içəri daxil olmaması üçün zor tətbiq edilir.

 

Rəsmi olaraq bildiririk ki, heç bir vətəndaşa agentliyin əməkdaşları tərəfindən zor tətbiq edilmir və edilə də bilməz. Bunu yayan şəxs və ya şəxslər bilərəkdən vətəndaşlara yalan və qərəzli informasiyalar verərək cəmiyyət arasında agentliyin nüfuzunu aşağı salmaq istəyir.

 

Bir daha qeyd edirik ki, agentliyin inzibati binasına gələn hər bir vətəndaşa hazırki pandemiya şəraitində vətəndaşların fərdi və qrup halında qəbulunun qadağan olunduğu barədə izahat verilir. Belə ki, vətəndaşlar onları narahat edən məsələlərlə bağlı 24 saat fəaliyyət göstərən “Qaynar xətti”mizə (012-599-79-75) zəng edib və ya məktubla "Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə" ünvanına müraciət edib onları narahat edən məsələləri qeyd edə bilərlər.

 

Lakin təəssüflər olsun ki, bəzi vətəndaşlar hazırki şəraiti nəzərə almadan yenə də agentliyin inzibati binasının yerləşdiyi əraziyə gəlir, binaya daxil olmağa cəhd edir, buna nail olmadıqda isə bilərəkdən səs-küy yaratmağa çalışırlar.

 

Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, hazırki pandemiya şəraitini nəzərə alsınlar və bu şəraitə uyğun tətbiq edilmiş qaydalara hörmətlə yanaşsınlar.