Son illlərdə regional sosial iqtisadi inkişafı proqromları çərçivəsində Respublikamızda o cümlədən Qusar rayonunda da bir sıra layihələr həyata keçirilmişdir. Bu layihələr digər sahələrlə yanaşı yol infrakstrukturnu da əhatə etmişdir.
Ölkə başçısı, cənab İlham Əliyevin 2019-cu ildə imzaladığı məlum sərəncama əsasən Qusar rayonunu Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun əsaslı sürətdə yenidən qurulması əhalinin böyük sevincinə səbəb olmuşdur. Yolun yenidən qurulması qeyd olunan dağlıq kəndlərinin iqtisadiyyatının dirçəlməsinə səbəb olacaqdır. Fərdi təsərrüfatlarda istehsal olunan kənd təsərrüfatı məhsullarının bazarlara rahat, itkisiz daşınmasına geniş imkanlar açacaqdır. Bütün bu işlərin görülməsi keyfiyyətlə və sürətlə həyata keçirilir. İşin sürətlə həyata keçirilməsi bizi daha da sevindirir. Yol çəkilişində sizə və bu işdə əməyi olan hər bir əməkdaşa öz təşəkkürümüzü bildiririk.
Hörmətlə ,
Qusar rayonu, Elnur Ömərov
YOLUNUZ AÇIQ OLSUN..