Bir müddət əvvəl Xətai rayonu Cavanşir küçəsi 30 ünvanında yaşayan sakinlər tərəfindən sizə ərizə ilə müraciət etdik..
Ərizəmizdə məhəlləyə dönən yolun təqribən 75 metr hissəsində asfalt-beton örtüyünün yararsız vəziyyətə düşdüyünü bildirmişdik. Qısa zaman ərzində bizimlə əlaqə saxlanılaraq, problemimiz həll edildi, asfalt-beton örtüyü yenisi ilə əvəz olundu. Sizə bu ünvanda yaşayan sakinlər adından təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi sakinləri adından
YOLUNUZ AÇIQ OLSUN..