Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

30 Sentyabr 2020- 10:10
11 Azərbaycan Respublikasının Prezidenti  Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Ermənistan dövlətinin növbəti təxribatına cavab olaraq, Qarabağ bölgəsindəki qoşunların bütün təmas xətti boyu düşmənə tutarlı cavab verilməsinə yönəlmiş əmriniz bütün ölkə vətəndaşları tərəfindən birmənalı olaraq böyük rəğbət hissi ilə qarşılanmışdır.

 

Cəbhə bölgəsində baş verən hadisələr hamı kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin çoxminli kollektivinin əməkdaşlarını da çox qürurlandırır.

 

Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli hərbi kadrların hazırlığı məsələsi daim ön plana çəkilmiş və bu siyasət Sizin tərəfinizdən uğurla davam etdirilərək Azərbaycan Silahlı Qüvvələrini müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olunmuşdur. 

 

Bunların nəticəsidir ki, Azərbaycan Ordusu hazırda erməni qoşunlarına bütün cəbhə boyu sarsıdıcı zərbələr endirməklə, işğal etdikləri torpaqlardan geri çəkilməyə məcbur edilirlər. 

 

Düşmən təxribatının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Sizin əmrinizlə işğalçıya lazımı cavab verilmiş və verilməkdədir. Bu tarixi qələbə hər birimizdə işğal altında olan torpaqlarımızın son qarışınadək geri alınacağına bir daha əminlik yaradır. Ölkəmizdə ordu-xalq-iqtidar birliyi, insanlarımızın vətənpərvərlik ruhu, ordumuzun döyüş əzmi, Ali Baş Komandanımızın qətiyyəti Böyük Qələbə Gününün yaxında olmasını şərtləndirir. Biz Sizin əmrinizə hər an hazır olduğumuzu bildiririk. Əminik ki, üçrəngli bayrağımız tezliklə işğal altında olan ərazilərimizdə dalğalanacaq.

 

Cənab Ali Baş Komandan!

 

Siz açıq bəyan etmisiniz ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq”.

 

Vətənimizin azadlığı uğrunda verdiyiniz bütün qərar və sərəncamlar Azərbaycan xalqını çox sevindirir. Atdığınız hər bir addım bir uğur, bir tarixi salnamədir.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş torpaqlarımızın geri qaytarılması uğrunda apardığımız bu mübarizədə verdiyiniz qərarlar daim dəstəklənir, bütün tapşırıq və göstərişləriniz daim diqqət mərkəzində saxlanılır, tərəfimizdən səlahiyyətlərimiz daxilində operativ tədbirlər görülür və görüləcəkdir.

 

Ali Baş Komandan olaraq rəşadətli Milli Ordumuza cəbhə və sərhəd bölgəsindəki döyüşlərdə böyük dayaq olduğunuza və bizə qələbə sevincini yaşatdığınıza görə bir daha Sizə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi adından dərin təşəkkürümüzü bildiririk.

 

 

 

Dərin hörmətlə,

Saleh Məmmədov