Yeni körpünün tağ hissəsinin montajına başlanılıb 

14 Oktyabr 2020- 11:00
11 Yeni körpünün tağ hissəsinin montajına başlanılıb 

YOLUMUZ QARABAĞADIR...

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb. Bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılmışdı.

 

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib.

 

Yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edəcək.

 

YOLUN AÇIQ OLSUN, AZƏRBAYCAN ƏSGƏRİ!