"SİZDƏN MƏKTUB VAR"- Qazax rayonu, Fərəhli kənd sakinləri adından

28 Oktyabr 2020- 11:33
11

Biz Qazax rayon Fərəhli kənd sakinləri Azərbaycan torpaqlarının bu gün düşməndən azad edilməsini eşidərək sevinir və alqışlayırıq. Bildirmək istəyirik ki, bu şərəfli günlərdə Fərəhli  kəndinin qəhrəman övladları da torpaqlarımızın işğalçı düşməndən təmizlənməsində iştirak edirlər. Yaşımızdan asılı olmayaraq, hər birimiz hər an torpaqlarımızın işğalçı düşməndən azad edilməsi üçün Ali Baş Komandanın əmrini gözləyirik. 

 

Fərəhli kəndi hər iki tərəfdən Ermənistanla sərhəddə yerləşir. Rayon mərkəzindən Fərəhli kəndinə olan məsafə 25 kilometrdir. Kəndimizin əhalisi 946 nəfər, ailə sayı 235 təsərüffatdır. Kəndin əhalisi 08 iyun 1992-ci il tarixdə məcburi köçkün kimi qeydə alınaraq, rayonun müxtəlif ərazilərində məskunlaşmışdılar. Ulu Öndər hakimiyyətə gəldikdən sonra sərhəd kəndlərinə olan  diqqət və qayğı artmışdır. Mənfur  qonşularımız tərəfindən dağıdılmış evlər 1993-94-cü illərdə bərpa olunduqdan sonra, kəndin əhalisi doğma yurdlarına qayıtmışlar.  

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir.  Sosial sahələrdə atılan addımlar Azərbaycan vətəndaşlarının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Son bir neçə il ərzində Qazax rayonunda və kəndlərində çox böyük işlər görülmüşdür. Yeni məktəb binalarının tikintisi və əsaslı təmiri, yolların asfaltlanması, içməli su və su xətlərinin çəkilməsi, qaz xətlərinin yenilənməsi buna əyani sübutdur. 

 

2019-20-ci illərdə Qazax rayonunun Daş Salahlı, Dəmirçilər, Cəfərli və Kosalar kəndlərinin yolu asfalt örtüyü ilə üzlənmişdir. Fərəhli kəndinin yolu isə kələ-kötürdən hamarlanmış və çınqıl tökülmüşdür. Ölkəmizin yaşadığı bu şərəfli günlərdə düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinin yolunda, bu gün də yenidən qurma işləri aparılaraq asfalt örtüyü vurulur. Bu Cənab Prezident İlham Əliyevin 10.09.2020-ci il tarixdə imzaladığı Sərəncamdan irəli gəlir. Hazırda Fərəhli kəndinin yolunda əsaslı təmir işləri aparılır.

 

 

Bunun üçün sizə təşəkkür edir, uğurlar arzulayırıq.

 

 

Hörmətlə

 Qazax rayonu,  Fərəhli kənd sakinləri

 

YOLUMUZ QARABAĞADIR!