2015-ci il ərzində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilmiş, yenidən qurulmuş, təmir olunmuş, 12 ədəd yeni avtomobil körpüsü tikilmiş, 2 ədədi təmir edilmiş, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilmişdir.
O cümlədən, regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilmiş, yenidən qurulmuş, təmir olunmuşdur.
Ümumi istifadədə olan avtomobil yollarında 12 ədəd körpü tikilmiş, 2 ədədi təmir edilmişdir.
Bakı şəhəri üzrə isə 144,1 km uzunluğunda avtomobil yolu, prospekt və küçə tikilmiş, yenidən qurulmuş, təmir olunmuş, 3 ədəd yol ötürücüsü, 2 ədəd tunel, 9 ədəd piyada keçidi istismara verilmişdir.
Bu dövr ərzində ümumilikdə 702,1 min ton asfalt-beton istehsal edilmiş, 38,6 min ton bitum və 2 508 ton mazut istifadə edilmişdir.