Hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarında hazırkı vəziyyət haqqında
MƏLUMAT
18 fevral 2021-ci il (saat 09:30)
S/s |
Yolun adı (istiqamətlə)
|
Mövcud vəziyyəti |
1 |
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi |
Hal-hazırda marşrut boyu yağıntı yoxdur. Nəqliyyatın hərəkəti təmin olunub. Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
|
2 |
Giləzi - Xızı |
Gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hal-hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir. Yolda nəqliyyatın hərəkəti təmin olunub.
|
3 |
Bakı - Qobustan |
Səhər saatlarından başlayaraq qar yağır, hazırda yola qum-duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
4 |
Qobustan - Şamaxı - Muğanlı |
Qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
5 |
Muğanlı - Ağsu - Yevlax |
Marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
6 |
Bakı - Ələt - Hacıqabul |
Yolun Bakı-Ələt hissəsində zəif qar yağır, Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
7 |
Hacıqabul – Ucar – Yevlax |
Gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. . |
8 |
Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi |
Marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
|
9 |
Muğanlı – İsmayıllı |
Marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağib. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.
|
10 |
İsmayıllı - Qəbələ - Oğuz - Şəki |
Marşrut boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
11 |
Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd |
Marşrut boyu qar yağır, Şəki rayonu ərazisində 5-7sm, Qax rayonu ərazisində 15-20sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
|
12 |
Yevlax – Şəki (Göybulaq) |
Şəki rayonu ərazisində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
13 |
Gəncə-Daşkəsən-Xoşbulaq |
Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb, 3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
|
14 |
Şəmkir - Gədəbəy |
Hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
|
15 |
Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi |
Marşrut boyu sulu qar yağır, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
16 |
Masallı – Yardımlı |
Masallı rayonu ərazisində zəif qar yağır, Yardımlı rayonu ərazisində sulu qar yağır. Şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
17 |
Lənkəran – Lerik |
Səhər saatlarından başlayaraq qar yağır, yolda qar yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
|
18 |
Hacıqabul – Bəhramtəpə – Horadiz |
Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. |