2015-ci il ərzində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2- dən artıq sahədə çala təmiri işləri yerinə yetirilmişdir.
I Avropa Oyunlarına hazırlıqla bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumi uzunluğu 53,4 km təşkil edən 16 prospekt, küçə və avtomobil yolunda 439,5 min m2 sahəyə asfalt örtük döşənmişdir. Yarışların əsas yol şəbəkəsi boyu ümumilikdə 223 km uzunluğunda sarı xətt çəkilmiş, asfalt-beton örtük üzərinə 412 ədəd sarı və ağ rəngli “Oyunların Loqotipi” çəkilmişdir.