Qala-Pirallahı yolunda yeni piyada keçidi ilə bağlı vətəndaşların fikirləri - VİDEO

1 Aprel 2021- 09:08
11 Qala-Pirallahı yolunda yeni piyada keçidi ilə bağlı vətəndaşların fikirləri - VİDEO

Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib. ​

 

Sözügedən ərazidə, avtobus dayanacağı, bundan başqa yolun hər iki  tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edir.

 

 

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir və  fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün burda 2 lift quraşdırılıb.