İlkin qiymətləndirməyə (prekvalifikasiyaya) dəvət
(İlkin seçim mərhələsi (prekvalifikasiya) üçün müraciətlərin son təqdimat tarixinin uzadılması)
Ölkə- Azərbaycan Respublikası
Layihənin adı- Regional Yollar və İnkişaf Layihəsi (hazırlıq mərhələsi)
Müqavilənin adı- M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin (mövcud yol oxu) yenidən qurulması
Sektor- Nəqliyyat
Layihə №: P174379
İlkin qiymətləndirmənin istinad №: AZ-SRA-CW-RFB-01
1. Azərbaycan Hökuməti Regional Yollar və İnkişaf Layihəsinin maliyyələşdirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına (BYİB) (Dünya Bankı) müraciət etmiş və vəsaitin bir hissəsini Yenikənd və Biləsuvar arasındakı mövcud yolun bərpası üçün müqavilə üzrə ödənişlərə istifadə etmək niyyətindədir.
2. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin (mövcud yol oxu) yenidən qurulması üçün podratçıları ilkin qiymətləndirmək (prekvalifikasiya) niyyətindədir. Yol hissəsi M3 magistral avtomobil yolunun 32+140 kilometrindəki qovşaqdan başlayaraq Salyan şəhərinin kənarında Kür çayına çatmamış cənub-qərbə doğru gedir və yolun 103+320 kilometrində başa çatır. Salyandan başlayaraq yol qərbdən Biləsuvar şəhərinə getməzdən əvvəl Sarvan və Şorsulu kəndlərindən keçir. Yenidən qurulacaq yol hissəsinin ümumi uzunluğu 70.5 kilometrdir. Mövcud yol tamamən olmasa da, əsasən II kateqoriyalı yol ölçülərinin tələblərinə uyğundur. Mövcud yol örtüyü çoxsaylı qüsurlar olmaqla ümumilikdə yararsız vəziyyətdədir və beş ədəd çay-kanal keçidinin dəyişdirilməsinə də ehtiyac vardır. Geometrik xüsusiyyətləri yaxşılaşdırmaq və təhlükələri aradan qaldırmaq üçün məhdud düzəlişlər istisna olmaqla, yenidən qurulacaq yol mövcud üfiqi yol oxu üzrə davam etdiriləcəkdir. Yeni yol geyiminə asfalt- beton səth, asfalt yapışdırıcı-bağlayıcı lay, asfaltın əsas layı və dənəvər alt layı daxildir. Mövcud beş körpü tamamilə yeniləri ilə əvəz ediləcək və bir yeni körpü tikiləcəkdir.
Yolun bərpası üçün ehtimal edilən tikinti müddəti 24 ay və sonra isə qüsurların aradan qaldırılması müddəti 24 ay olacaqdır.Yol ,tikinti zamanı nəqliyyatın hərəkəti üçün açıq qalacaq və podratçı nəqliyyatın idarə olunmasına cavabdeh olacaqdır. Təxmini iş həcmləri aşağıdakılardır:
Torpaq işləri (dolğu) 1,270,000 m3
Torpaq işləri (qazma) 500,000 m3
Dənəvər tərkibli yol geyimi layları 920,000 m3
Bitum tərkibli yol geyimi layları 180,000 m3
Körpünün hərəkət hissəsinin (tava) sahəsi 4,000 m2
Yığma dəmir-beton körpü tirləri 2,800 m
Qazma monolit svaylar 2,300 m
Tenderə dəvətin 2021-ci ilin iyul ayında olacağı gözlənilir.
3. İlkin qiymətləndirmə (prekvalifikasiya) Dünya Bankının "İLM Borcalanları üçün Satınalma Qaydaları”nda (2020-ci ilin noyabr ayında nəşr olunan) ("Satınalma Qaydaları”) müəyyən edilən prosedurlara müvafiq olaraq həyata keçiriləcək və Satınalma Qaydalarına əsasən iştirak hüququ olan bütün iddiaçılar üçün açıqdır.
4. Maraqlı olan iddiaçılar əlavə məlumatı aşağıda göstərilən ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iş saatlarında, saat 10.00-dan saat 17.00-a kimi (Bakı vaxtı ilə) əldə edə bilərlər. Maraqlı olan iddiaçılar ilkin qiymətləndirmə sənədinin ingilis dilindəki tam toplusunu aşağıda göstərilən ünvana yazılı şəkildə müraciət etməklə və geri qaytarılmayan 300 AZN və ya 170 ABŞ dolları ödəməklə əldə edə bilərlər. Ödəniş aşağıdakı bank hesabına köçürülməlidir:
Təşkilatın adı- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
VÖEN- 9900013141
Bank- “Kapital Bank” ASC-nin Nəsimi filialı
SWIFT- AIIBAZ2X
M\h- AZ37NABZ01350100000000001944
H\h- AZ69AIIB38050019441801833111 AZN
AZ59AIIB38150018401801833111 ABŞ dolları
Bankın VÖENi- 9900003611
Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqda sənədlər aşağıdakı ünvandan əldə edilə və ya iddiaçı tərəfindən təşkil olunan və xərci ödənilən kuryer vasitəsilə çatdırıla bilər. Sənədlərin itirilməsi və gecikməsinə görə AAYDA heç bir məsuliyyət daşımayacaqdır. İlkin qiymətləndirmə sənədinin elektron satışı həyata keçirilmir.
5. Tenderin ilkin seçim mərhələsi üçün müraciətlər 21 may 2021-ci il yerli vaxtla saat 17.00-a kimi üzərində aydın qeydlər olunmaqla bağlı zərflərdə aşağıdakı ünvana təqdim edilməlidir. Gecikən müraciətlər açılmadan iddiaçılara geri qaytarılacaqdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi idarə heyətinin sədri cənab Saleh Məmmədovun diqqətinə
Ünvan-Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi R. İsmayılov küçəsi 2025-ci məhəllə.
Ofis- 2 saylı Layihə İdarəetmə Qrupu, otaq № 224
Telefon- (+994 12) 499 79 02
Faks- (+994 12) 499 79 44
Elektron ünvan- mehman.babaxanov@azeravtoyol.gov.az
Surəti- saadat.aliyeva@azeravtoyol.gov.az
Veb ünvan- www.aayda.gov.az