M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işləri 2-ci hissə üzrə davam edir

22 İyun 2021- 11:39
11 M1 magistralının 16-30-cu km-lik hissəsində təmir-bərpa işləri 2-ci hissə üzrə davam edir

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işləri 2-ci hissə üzrə davam etdirilir.

 

Hazırda yenidənqurma işləri sözügedən yolun 22-23-cü km-lik hissəsində aparılır.

 

Təmir-tikinti işlərinin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.