Əziz izləyicilərimiz!
Küçə və yollarda qarşılaşdığınız hər-hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi e-mail ünvanına (muraciet@aayda.gov.az) və ya sosial şəbəkə hesabları vasitəsi ilə (inbox) müraciət etməyiniz Sizdən xahiş olunur.
Göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən FOTO və ya VİDEO əlavə edin.
Küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqmətində agentliyimizin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün Sizin şikayət və təkliflərinizin bilavasitə bizə bildirməyiniz olduqca vacibdir.
Sizin hər-birinizin fikri bizim üçün çox önəmlidir!
YOLUNUZ AÇIQ OLSUN...