“Azəryolservis” ASC-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər - VİDEOREPORTAJ

22 Fevral 2016- 00:00
11 “Azəryolservis” ASC-nin əməkdaşları peşə bayramlarını qeyd edirlər - VİDEOREPORTAJ

 

          22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov və cəmiyyətin kolektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
 


       

          Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

         Daha sonra “Azəryolservis” ASC-nin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən 
övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

        

         Peşə bayramı tədbiri “Azəryolservis” ASC-nin inzibati binasının akt zalında davam etdirilib.

        

         Tədbiri giriş sözü ilə açan Cəmiyyətin sədri Saleh Məmmədov ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasətin dayandığını bildirib və ulu öndərin “Yol - mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir” sözlərinin onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiq etdiyini əlavə edib.

        

         Tədbir zamanı qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində yol infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir.

 

          Sonda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində uzunmüddətli, səmərəli əmək fəaliyyəti nəzərə alınaraq Cəmiyyətin sədri Saleh Məmmədov tərəfindən bəzi əməkdaşlara mükafatlar təqdim edilib.

 

XƏBƏRƏ AİD FOTOLAR