Bu gün saat 10:00-dan etibarən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələri arasında yerləşən hissəsi saat 12:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. “Azəravtoyol” ASC müvəqqəti narahatçılığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.