2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı, Mübariz ordumuz tərəfindən 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Bunun nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr 2020-ci il tarixində imzaladıqları birgə bəyanatın 9-cu bəndinə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, o cümlədən tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi bəyan edildi.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 13 mart tarixli 2534 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 8, bu Sərəncama edilmiş 29 aprel 2021-ci il tarixli, 2613 nömrəli dəyişiklik barədə Sərəncama əsasən 3 avtomobil yolunun layihələndirilməsi və tikintisi işlərinə artıq başlanılmışdır.
Bunlardan ən qürurvericisi, Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisi layihəsidir. Bu yol M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149- cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır və Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır. Yolun layihə uzunluğu 101.9 km-dir, 2 hərəkət zolaqlı olmaqla 2021-ci ilin sentyabr ayının sonunda istifadəyə verilməsi nəzərdə tutulur.
Şuşa şəhərinə 2-ci avtomobil yolu, I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır, uzunluğu 81.6 km, 4-6 hərəkət zolaqlı olacaqdır. Yol üzərində körpü və tunellər tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20.3 km qısa olacaqdır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Hal-hazırda Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən “Zəngəzur” nəqliyyat dəhlizinin Azərbaycan tərəfindəki Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd hissəsinin (uzunluğu 123.8 km, 4-6 hərəkət zolaqlı) layihəsi hazırlanır və paralel olaraq tikintisi aparılır. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Müharibənin ilk günlərində, oktyabr ayının 3-də Tərtər rayonunun Çaylı, Suqovuşan və Talış kəndləri, eləcə də Suqovuşan su anbarı işğaldan azad edilən ərazilərimizdən idi. Çaylı-Suqovuşan -Talış avtomobil yolu da 70-ci illərdə tikilmiş yollardır. Belə ki, 1976-cı ildə Ulu Öndərin göstərişi ilə Tərtər və Xanarx çaylarının birləşdiyi yerdə tikilmiş Suqovuşan su anbarından Tərtər, Goranboy, Yevlax, Ağdam, Ağcabədi və digər rayonlara suyun verilməsi təmin olunmuşdu. 30 il ərzində işğal altında qalmış bu yollar da tamamilə sıradan çıxmışdır.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, müharibənin davam etməsinə baxmayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 28 km olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolunun təmir-bərpa işləri ərazi minadan təmizləndikdən sonra çox qısa müddət ərzində, 2 ay ərzində II texniki dəcəyə uyğun yenidən qurularaq istismara verilmişdir.
Cənab Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” Sərəncamına uyğun olaraq,
- Şuşa şəhərinə 2 avtomobil yolunun “Zəfər Yolu” (uzunluğu 101.9 km 2 hərəkət zolaqlı) və I texniki dərəcəli magistral avtomobil yolu (uzunluğu 81.6 km 4 hərəkət zolaqlı),
- Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı),
- Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı),
- Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı),
- Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı),
- Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı),
- Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı),
- Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı),
- Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı),
- Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası ( 22 km, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulmuşdur və bu işlər uğurla davam etdirilir.
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 № li Yol İstismarı” MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımdan keçməklə Kəlbəcər rayonuna gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirimiş yol sahəsi təşkil edilmiş və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilmişdir.
Sözügedən müəssisə tərəfindən Toğanalı-Ömər aşırımı-Kəlbəcər avtomobil yolunda aparılan lazımı təmir işləri nəticəsində Müdafiə, Sərhəd və digər qoşun növlərinin hərbi nəqliyyat vasitələrinin, habelə dinc əhalinin fasiləsiz hərəkəti təmin edilmişdir.
2021-ci ilin yanvar ayının 7-də Alban-Udi xriristian dini icmasının milad bayramı ilə əlaqədar olaraq uzun illərdən sonra ilk dəfə Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırında ibadət etmələri üçün Kəlbəcər rayonundakı Xudavəng Monastır Kompleksinə və əksinə gedişi də, məhz bu yolla - Toğanalı- Ömər aşırımı-Kəlbəcər avtomobil yolu ilə təmin edilmişdir.
Sözügedən yolun II texniki dərəcəyə uyğun yenidən qurulması üçün layihə sənədləri hazırlanır və Murov dağının altından uzunluğu (11.7 x 2 ) 23.4 km təşkil edəcək avtomobil tunelinin tikilməsi də nəzərdə tutulur. Bu imkan verəcəkdir ki, Toğanalı-Kəlbəcər avtomobil yolundan bütün il boyu fasiləsiz və təhlükəsiz istifadə edilsin.
Digər obyektlərdə də layihələndirmə işləri ilə paralel olaraq, minadan təmizləməklə tikinti işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2021-ci ilin 6 ayı ərzində 119.6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur.
O cümlədən :
- Yerli əhəmiyyətli - 55.5 km,
- Bakı şəhər yolları - 64.1 km.
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də, uzunluğu 76.7 m olan yerüstü piyada keçidinin tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə təsdiq edilmiş, 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına 12 kəndlərarası avtomobil yolları layihəsinin, Şamaxı rayonunun daxili yollarının, Bakı şəhəri və onun 12 rayonunda qəsəbə daxili avtomobil yolların yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilmişdir.
Cənab Prezident İlham Əliyev ümumilikdə 2020-ci ilin 6 ayı ərzində 9 dəfə avtomobil yollarının açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tövsiyyə və tapşırıqlarını vermişdir.
Bakı şəhərinin avtomobil yolları
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində ümumi uzunluğu 64.1 kilometr olan şəhər və qəsəbə daxili avtomobil yolları yenidən qurulmuş və təmir olunmuşdur.
- Nərimanov rayonu - 5.76 km,
- Binəqədi rayonu - 3 km,
- Suraxanı rayonu - 5.2 km,
- Qaradağ rayonu - 0.6 km,
- Xəzər rayonu - 8.2 km,
- Xətai rayonu - 6.7 km,
- Sabunçu rayonu - 0.7 km,
- Nəsimi rayonu - 1.9 km,
- Nizami rayonu - 2.3 km.
2021-ci ilin 6 ayı ərzində Bakı şəhər yollarında 251.4 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilmişdir.
Daxili İnvestisiya hesabına yerinə yetirilən
respublika əhəmiyyətli layihələr
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il 26 fevral tarixli 2522 nömrəli Sərəncam ilə 2021-ci ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri hesabına
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı),
- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi ( 60 km, 4 hərəkət zolaqlı) işləri davam etdirilmişdir.
Bundan əlavə
- Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində yolların tikintisi və Nobel prospekti üzərində piyada körpüsünün tikintisi,
- Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi,
- Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47,2 km),
- Piyada keçidlərinin tikintisi,
- Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin və Astaraçay çayı üzərində körpünün tikintisi,
- Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24.5 km olan 1-ci texniki dərəcəli avtomobil yolunun tikintisi,
- Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi,
- Susay-Xınalıq avtomobil yolunun tikintisi ( 34.8 km),
- Abşeron rayonu ərazisində yerləşən palçıq vulkanları ətrafındakı müasir turizm infrastrukturuna aparan yeni avtomobil yolunun tikintisi (21 km),
- Bakı şəhərinin Yasamal rayonundakı maşın bazarının yanından (Qanlı gölün qərb hissəsi – 1.3 km) sosial evlərə qədər yeni avtomobil yolunun tikintisi,
- Vətən müharibəsi dövründə avtomobil yollarına və yol qurğularına dəymiş zərərin aradan qaldırılması işləri davam etdirilmişdir.
Xarici kredit hesabına yerinə yetirilən layihələr
2021-ci ilin 6 ayı ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı) və M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilmişdir. Layihələr üzrə məlumat belədir:
- M-2 Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilir.
- Podratçılar - Türkiyənin Özgun Yapi Senaye ve Ticaret AŞ (Lot 1), Polat Yapi Senaye ve Ticaret AŞ (Lot 2) və Azərbaycanın Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (Lot 3) şirkətləri
- Texniki nəzarətçi - İtaliyanın İRD Engineering şirkəti
01.07.2021-ci il tarixinə yerinə yetirilən işlər Lot 1 – 67.91, Lot 2 – 78.08%, Lot 3 – 51.33%, təşkil edir.
Uzunluğu 130.15 km olan I dərəcəli yolun tikintisi işlərinə 2019-cü ilin fevral ayında başlanmış, 2022-ci ildə başa çatdırılması nəzərdə tutulur.
2.Asiya İnkişaf Bankı (AİB) ilə imzalanmış kredit sazişi çərçivəsində həyata keçirilən “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax-Şəki hissəsinin tikintisi” layihəsi üzrə yerinə yetirilmiş işlərin, həmçinin “R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi” layihəsi üzrə yerinə yetirilmiş işlərin həcmi başa çatıb.
AİB-lə bağlanmış kredit sazişi çərçivəsində Şəki, Yevlax, Ucar, Zərdab, Ağcabədi rayonlarında 61.68 km uzunluğunda 10 kənd yolunun yenidənqurulması işləri həyata keçirilmiş, 18.94 km uzunluğunda Yevlax və Şəki rayonlarında nəzərdə tutulmuş kənd yolları başa çatdırılmış, 42.74 km uzunluğunda digər yollarda yenidənqurma işlərinin icrası 85% təşkil etmişdir.
Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı
həyata keçirilən tədbirlər
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 462 yol nişanları, 6 927 siqnal dirəkləri, 1176 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 500.7 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.
2021-ci ilin 6 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 321 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 4 023 pm əyrixətli tirlər, 56 pm beton bardür, 118 pm mühafizə çəpərləri, 17 işıq dirəyi, 9 ədəd yol nişanı, 3 ədəd məlumat lövhəsi, 2 ədəd dayanacaq, 18 ədəd səsboğucu lövhə, 164 m2 alkapon üzlük və 21 m körpü məhəccəri yararsız hala düşmüşdür.
Ümumilikdə yol təsərrüfatına 379 min manat məbləğində maddi ziyan dəymiş, bundan 255.3 min manatı (67.4 %) ödənilmişdir.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 280 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunmuş, 38 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.
Ekologiya və yaşıllaşdırma
Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 km magistral avtomobil yolunun, 1824 km respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 km avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 585 468 ədəd, o cümlədən 1 317 806 ədəd çoxillik ağac mövcuddur.
Avtomobil yollarının təhkim zolağında 2019-2020-ci illərdə 193 886 ədəd , 2021-ci ilin I yarımilliyində isə 72 009 ədəd, ümumilikdə 443.2 hektar ərazidə 265 895 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə
əməl olunması vəziyyəti haqqında
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin struktur bölmələrində, tabeliyində olan MMC-lərdə 2021-ci ilin yanvar-mart aylarında əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə işlər planlı şəkildə davam etdirilmişdir.
Son altı ildə MMC-lər üçün 18 yeni inzibati bina tikilib istismara verilmiş, 5 MMC daha yaxşı iş şəraiti olan inzibati binalara və texniki-istehsalt bazasına köçürülmüş, bina və iş otaqları yenidən təmir edilmişdir. Əvvəllər əmək şəraiti və istehsalat fəaliyyəti zəif olan 10 MMC icarə yolu ilə hərtərəfli təminatı olan texniki-istehsalat bazalarına köçürülmüş və bu cəmiyyətlərdə iş şəratinin, əməyin mühafizəsinin təmin edilməsində, istehsalat fəaliyyətində ciddi irəliləyişlərə nail olunmuşdur.
Agentlik üzrə verilmiş Əmrə əsasən iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi üçün instrumental ölçmə işlərinin aparılması məqsədi ilə “Azəryolelmitədqiqatlayihə İnstitutu” MMC zəruri cihazların alınması və sertifikatlaşdırılması, mütəxəssislərin hazırlanması istiqamətində bir sıra işləri görmüşdür və yaxın vaxtlarda iş yerlərinin attestasiyasının keçirilməsi prossesinə başlanılması mümkün olacaqdır.
2021-ci il ərzində Agentlik üzrə istehsalatla bağlı bir nəfərin ölümü ilə nəticələnən bir bədbəxt hadisə qeydə alınmışdır:
Qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması barədə "Qala Həyat" Sığorta Şirkəti ASC ilə müqavilə bağlanmışdır və müqavilə şərtlərinə əməl edilir. Yeni işə qəbul edilən və ya işdən çıxan işçilər barəsində "Qala Həyat" Sığorta Şirkəti ASC-yə vaxtında məlumat verilir.
Ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar olaraq tabelikdə olan MMC-lərlə işlər aparılır, koronovirusla mübarizə qaydaları aidiyyatı üzrə vəzifəli şəxslərə izah edilir, bu virusla mübarizə qaydaları üzrə işçilərin təlimatlandırılması, eyni zamanda, tələb olunan bütün tədbirlərin görülməsi haqqında müvafiq tapşırıqlar və metodiki tövsiyyələr verilir. MMC-lərdə koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tələblərə əməl edilir və zəruri tədbirlər görülür.