Sabirabad-Surra-Padar avtomobil yolunun 1-ci kilometrliyində yerləşən avtomobil körpüsü “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir edilib.
Ötən əsrin 80-ci illərində inşa edilmiş avtomobil körpüsünün uzunluğu 267 metr, hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də daxil olmaqla ümumi eni isə 8 metrdir.
Avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə aparılan təmir işləri zamanı yolun hərəkət hissəsinin və piyada səkilərinin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə ərazinin təqribən 2700 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa körpünün dəmir mühəccərləri də zəruri olan yerlərdə bərkidilib və rənglənib.