Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib

13 Yanvar 2022- 09:27
11 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib

14-15 уаnvar tarixlərində ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib. 

Qarlı və şaxtalı hava şəraiti nəzərə alınaraq agentlik tərəfindən avtomobil yollarında nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə xüsusən dağlıq və dağətəyi ərazilərdə avtomobil yollarına xidmət göstərən tabeli təşkilatlara gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə tapşırıq verilib. 

YOLUNUZ AÇIQ OLSUN...