1 fevral tarixindən başlayaraq 8 Noyabr prospektində asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri işləri davam etdiriləcəkdir.
İşlərin aparıldığı müddət ərzində propektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.
Bu üzdən sürücülərdən propektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.