Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq 8 fevral tarixindən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Bu müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətin təmin olunması məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.