ROMDAS - Dünyanın ən müasir və qabaqcıl texnologiyalarından biri olmaqla yol ölçmə məlumatlarının toplanması sistemidir.
ROMDAS bir neçə modulların birləşməsindən ibarət bir sistemdir.
Bu avadanlıqlar aşağıdakılardır:
- GPS qəbulediciləri - Peykdən istifadə edərək ölçmə işləri aparılan ərazinin qeydiyyatını aparır, yəni ölçmə içləri aparılan ərazinin Google Maps proqramından istifadə edərək xəritədə yerləşdirilməsini təşkil edir.
- Odometr (məsafə ölçən) - Yüksək dəqiqliklə məsafə ölçmələri həyata keçirir. Ölçmə işləri aparılan zaman avtomobilin nə qedər məsafə qət etməsini ölçür. Avtomobilin arxa təkərinə quraşdırılır.
- Lazer profilimetr (Beynalxalq Nahamarlıq İndeksi) - Hər bir növ yol örtüklərində ölçmə işləri aparır. Yolun səthində hamar və ya nahamar hissələrin olmasını, kələ kötürlükləri aşkar edir. Avtomobilin ön hissəsinə quraşdırılır.
- Video qeydiyyat - Avtomobilin üzərində olan 2 ədəd kamera, ön və arxa kameralar vasitəsi ilə yolun hərəkət hissəsinin və birbaşa yol səthinin vizual qeydiyyatını aparmaq üçün istifadə olunur. Yolda olan qüsurların vizual qeydiyyatını aparır.
- TPL - Təkər izinin dərinliyini ölçür.
Qeyd olunan modullardan ibarət sistem vasitəsilə bütün texniki dərəcəli atomobil yollarında, yeni və köhnə asfalt-beton örtüklərdə, dağılmış asfalt-beton örtükdə, qulluq olunmuş və dağılmış asfaltsız (5-ci texniki dərəcəli yol) yollarda ölçmə işləri aparmaq mümkündür.
Əlavə olaraq sistemdə olan modulların hər birinin ayrı-ayrılıqda iş prinsipi olsa da, bir ərazi üzrə əldə olunmuş məlumatları eyni vaxtda analiz etmək mümkündür.
Sistem vasitəsi ilə toplanan məlumatlar ofis şəraitində analiz edilir və alınan nəticələrə əsasən yolun ümumi vəziyyətinin “Beynəlxalq Nahamarlıq İndeksi”nə uyğunluğu yoxlanılır.
Analizin nəticələri yolun qiymətləndirilməsi, dövlət əhəmiyyətli avtomobil yolları şəbəkəsinin texniki baxımdan idarə edilməsi, vəziyyətin saxlanması və vəsaitin təşkil edilməsi üçün əsas götürülür. Yəni əldə edilmiş nəticələrə uyğun örtüyün keyfiyyətli olub-olmaması, yolun təmir edilməsi və ya yenidən qurulmasının vacibliyi öyrənilir.
YOLUNUZ AÇIQ OLSUN...