Ağır qəza nəticəsində bir nəfər həlak olub, yol təsərrüfatına ziyan dəyib

12 Mart 2016- 00:00
11 Ağır qəza nəticəsində bir nəfər həlak olub, yol təsərrüfatına ziyan dəyib

          Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində baş vermiş ağır avtomobil qəzası nəticəsində bir nəfər ölüb, yol təsərrüfatına isə ziyan dəyib.

 

          “Kamaz” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsmə sıradan çıxıb. Hazırda qəzanın fəsadları “Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.

 

          Təəssüflər olsun ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.