Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən avtomobil körpüsündə təmir-bərpa işləri aparılıb.
Sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə maneə və təhlükə yaradırdı.
Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilib.
Təmir-bərpa işləri 20 gün ərzində icra edilərək yekunlaşdırılıb.
YOLUNUZ AÇIQ OLSUN...