Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev və Binəqədi rayonu, Cəfər Xəndan küçələrinin bir hissəsində təmir işləri icra olunub.
Təmir işləri zamanı deformasiyaya uğramış örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kv.m sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kv.m sahəsində təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.
YOLUNUZ AÇIQ OLSUN...