Regional Yollar və İnkişaf Layihəsi ELAN

10 Mart 2022- 10:09
11 Regional Yollar və İnkişaf Layihəsi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Məsləhət Xidmətlərini  göstərəcək  şirkətin seçilməsi məqsədilə məsləhətçi şirkətləri  

MARAQLARINI İFADƏ ETMƏYƏ DƏVƏT  EDİR

AZƏRBAYCAN   RESPUBLİKASI Regional  Yollar  və  İnkişaf  Layihəsi (P174379) 

 BYİB kredit №:    9243-AZ                                                                                                                                                    

Tapşırığın adı-     Yerli inkişaf və logistika komponentinin icrasına texniki dəstək məsləhət xidmətləri.

İstinad №:        AZ-SRA-CS-QBS-01

Azərbaycan Hökuməti Regional Yollar və İnkişaf Layihəsinin (RYİL, Layihə) maliyyələşdirilməsi üçün Dünya Bankından (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)) kredit vəsaiti almışdır. Layihənin icraçısı olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra Agentlik və ya AAYDA) bu vəsaitin bir hissəsini “Yerli inkişaf və logistika komponentinin icrasına texniki dəstək” üzrə  məsləhət xidmətləri müqaviəsi üçün istifadə etmək niyyətindədir.

Layihənin məqsədi Salyan-Biləsuvar dəhlizi boyunca təhlükəsiz, səmərəli və iqlimə davamlı nəqliyyat əlaqəsinin təmin edilməsi və bazarlara çıxışın yaxşılaşdırılmasıdır. Layihə bu məqsədlərə 4 əsas komponent çərçivəsindəki fəaliyyətlərlə nail olmağı nəzərdə tutur.

Bu tapşırıq  əsasən  layihənin 3-cü, regional inkişaf və logistika komponenti ilə əlaqəlidir. Bu komponentə iki alt-komponent daxildir: 
1)Yolkənarı logistik və bazar xidmətlərinin təkmilləşdirilməsi.
2) Məsləhət və təlim təşəbbüslərinin həyata keçirilməsi.
 Bu tapşırıq hər iki alt-komponenti əhatə edir. 

Layihə AAYDA tərəfindən icra edilir. Layihənin idarə olunması Agentliyin tərkibindəki     ixtisaslaşmış   Layihə İdarəetmə Qrupuna (LİQ) həvalə edilmişdir. Seçilmiş məsləhətçi Agentliyin İcraçı Tərəfdaş Təşkilatı (İTT) olacaq və LİQ direktoruna hesabat verməklə LİQ-in sosial və icma əlaqələri üzrə mütəxəssisinin  birbaşa  nəzarəti ilə   fəaliyyət göstərəcəkdir.

Bu məsləhət tapşırığının əsas məqsədi layihənin 3-cü komponentinin həyata keçirilməsində LİQ-ə dəstək vermək kimi müəyyən edilsə də, daha spesifik məqsədlərə aşağıdakılar daxildir:
1.    Yerli iqtisadi inkişaf və dövlət investisiyaları vasitəsilə mikro və kiçik fermerlərə/sahibkarlara dəstəklə bağlı yerli imkanlar barəsində qiymətləndirmənin  aparılması, maraqlı tərəflərin xəritələşdirilməsi və məlumatların toplanması.
2.    İcma ilə bağlı fəaliyyətlərdə və seçilmiş sərmayələrin növü, məkanı, istismar və xidmət modeli barəsində yerli icmalarla məsləhətləşmələrin aparılmasında, habelə   gələcək investisiyalardan faydalanmaq  imkanlarını  genişləndirmək  məqsədilə qadınlar və digər potensial həssas benefisiarları cəlb etməkdə AAYDA-ya kömək göstərilməsi.
3.    Layihə yolu boyunca yol kənarında logistika və bazar obyektlərinin tikintisi, bərpası və təchizatı üçün ilkin və yekun layihələndirmə və texniki şərtlər paketlərinin hazırlanması.
4.    1-ci alt-komponent çərçivəsində icra ediləcək fəaliyyətlərə texniki nəzarət xidmətinin göstərilməsi.
5.    Benefisiarların təlim və məsləhət xidmətlərinə olan ehtiyaclarının qiymətləndirilməsi və müvafiq  təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi.
6.    Layihə çərçivəsində bütün fəaliyyətlərin icra prosesinin monitorinqi və qiymətləndirilməsi üçün məlumatların toplanması.
7.    Layihə fəaliyyətlərinin, xüsusən də, yolun bərpası, faydalanan icmalar üçün kiçik miqyaslı logistika və bazarların inkişafı, habelə, icma üzvlərinə təlim və biznes məsləhət xidmətlərinin göstərməsinin yaratdığı təsirlərin    ölçülməsi.

Seçiləcək təşkilatdan aşağıdakı üç əsas tapşırığın icrası tələb olunur:
1.    Tapşırıq -1. Hədəf icmalarında səfərbərliyin aparılması və layihə yolu boyunca yolkənarı bazarların və logistik mərkəzlərin təkmilləşdirilməsi ilə əlaqədar təşkilatı dəstəyin və məsləhətin göstərilməsi.
2.    Tapşırıq- 2. Təlim və məsləhət xidmətləri üçün ehtiyacların qiymətləndirilməsi və seçilmiş mövzular üzrə təlim və məsləhət xidmətlərinin göstərilməsi.
3.    Tapşırıq -3. Layihə nəticələrinin ölçülməsi və təsirin qiymətləndirilməsi.

Seçilmiş  təşkilatın  texniki  tapşırıqda təsvir edilmiş zəruri bacarıqlara malik olan 11 nəfərdən ibarət əsas mütəxəssislər heyətini səfərbər etməsi gözlənilir. Əsas mütəxəssislərin işə sərf olunan vaxtının 176 adam/ay olması gözlənilir. Tapşırığın icra müddəti 40 aydır (2022-ci ilin  sentyabr ayından 2025-ci ilin dekabr ayınadək). 

Tapşırıqla  bağlı müfəssəl texniki tapşırıq  aşağıda göstərilən  ünvandan əldə edilə bilər.

Hazırda AAYDA müvafiq məsləhətçi şirkətləri (məsləhətçiləri) qeyd olunan xidmətləri  göstərməkdə  maraqlı  olduqlarını bildirməyə dəvət edir. Maraqlanan  məsləhətçilər  xidmətləri yerinə yetirmək üçün tələb edilən  ixtisasa və müvafiq təcrübəyə malik olduqlarını göstərən məlumat təqdim etməlidirlər. Qısa siyahıya daxil edilmək  üçün meyarlar aşağıdakılardır:

1.    Son 10 ildə məsləhət xidmətlərinin göstərilməsi üzrə ümumi təcrübə.
2.    İcma ilə bağlı fəaliyyətlərdə və icma səfərbərliyinin aparılmasında təcrübə.
3.    Gender yönümlü fəaliyyətlərin həyata keçirilməsində təcrübə.
4.    Fərdlər və kiçik biznes subyektləri üçün biznesin inkişafı, vergi, brendinq, marketinq, rəqəmsal  savadlılıq,  elektron ticarət, fandrayzinq və s. sahələr üzrə təlim və  məsləhət  xidmətinin göstərilməsi üçün təcrübə. 
5.    Regionda və ya Azərbaycana bənzər şəraitlərdə iş təcrübəsi.
6.    Layihənin monitorinqi və qiymətləndirilməsi, habelə, təsirlərin qiymətləndirilməsi sahəsində təcrübə.
7.    Kiçik həcmli tikinti işlərinin layihələndirilməsi və icrasına nəzarət təcrübəsi.
8.     Alternativ olaraq məsləhətçi bu cür təcrübəyə malik mütəxəssis resurlarına malik olduğunu nümayiş etdirməlidir.
9.    Texniki  tapşırıqda  göstərilən ixtisaslara uyğun təcrübə və kadr potensialı. Məsləhətçinin  heyətinin heyət rəhbəri, sahə koordinatoru, icma səfərbərliyi üzrə  mütəxəssislər, biznesin inkişafı üzrə mütəxəssislər, monitorinq və qiymətləndirmə üzrə mütəxəssis, inşaat mühəndisləri və hüquq  məsləhətçisindən  ibarət  olacağı  nəzərdə tutulur.
10.    Beynəlxalq  maliyyə  institutları  tərəfindən  maliyyələşdirilən  layihələrdə təcrübə.

Qısa  siyahıya seçim mərhələsində əsas mütəxəssislər qiymətləndirilməyəcəkdir.

Maraqlanan məsləhətçilər  Dünya Bankının maraqların toqquşması siyasətini müəyyənləşdirən 2020-ci il noyabr tarixli “İLM (investisiya layihələri üzrə maliyyələşdirmə) borcalanları üçün satınalma təlimatları”nın (satınalma təlimatı) III bölməsinin 3.14, 3.16 və 3.17-ci bəndlərinə diqqət yetirməlidirlər.

Məsləhətçilər ixtisaslarını artırmaq üçün digər şirkətlərlə ortaq ola bilərlər, lakin assosiasiyanın birgə müəssisə və ya sub-məsləhətçi olub- olmadığını dəqiq şəkildə göstərməlidirlər. Birgə müəssisə seçildiyi təqdirdə, birgə müəssisədəki bütün tərəfdaşlar  müqavilə üzrə birgə və ayrı-ayrılıqda məsuliyyət daşıyacaqlar.

Məsləhətçi  şirkət  satınalma  təlimatında qeyd edilən keyfiyyətə əsaslanan seçim (KƏS) üsuluna  uyğun olaraq seçiləcəkdir.

Əlavə məlumatları iş saatlarında (yerli vaxtla saat 10.00-dan 17.00-dək) aşağıdakı ünvandan əldə etmək olar.

Maraq ifadələri  2022-ci il  aprelin 8-dək   yazılı şəkildə aşağıdakı ünvana (şəxsən, poçt, və ya elektron poçtla) çatdırılmalıdır.

Azərbaycan  Avtomobil  Yolları  Dövlət  Agentliyi
Agentliyin idarə heyətinin sədri cənab Saleh Məmmədovun nəzərinə!

Ünvan-        Azərbaycan, Bakı -AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi  2025-ci məhəllə.
Ofis-             2 saylı Layihə İdarəetmə Qrupu,  224-cü otaq.
Telefon-             (+994 12) 499 79 02
Elektron ünvan-       mehman.babaxanov@aayda.gov.az  
Surəti-                      saadat.aliyeva@aayda.gov.az 
Veb ünvan-               www.aayda.gov.az