Prezident tərəfindən təltif olunan əməkdaşlara orden və medalları təqdim olunub FOTO

18 Mart 2022- 16:41

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, orden və medalların təqdim olunması mərasimi keçirilib. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, son illər yol infrastrukturu yeni inkişaf dövrünə qədəm qoyub. 

S.Məmmədov qeyd edib ki, ölkəmizin yol infrastrukturu sahəsində əldə etdiyi uğurların təməlində heç şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu xarici və daxili siyasət dayanır:
“Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının yol təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edərək, onlara göstərilən etimadı doğruldacaqlar”.

Daha sonra Prezidentin Sərəncamı ilə təltif olunmuş şəxslərə orden və medalları təqdim olunub. 

Bundan başqa yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət olan “Azvirt MMC”-nin baş mühəndisi Cəfərağa Şiriyev “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib

Mərasimdə həmçinin Agentliyin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları Alim Azadəliyev, Emil BayramlıHəşim Mədətov da təltif olunublar.

Xatıqladaq ki, Prezident İlham Əliyevin 21 fevral 2022-ci il tarixli Sərəncamı ilə Agentliyinin 2 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 19 əməkdaşı isə "Tərəqqi” medalı ilə təltif olunublar. 

                                       Təltif olunmuş əməkdaşların siyahısı:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əliyev Tahir İdris oğlu
Musayev Məhəmməd Nurəddin oğlu

“Tərəqqi” medalı ilə

Alıyev Dilqəm Alı oğlu
Əhmədov Qiyafət Telman oğlu
Əhmədov Samir Sabir oğlu
Əhmədov Vaqif Məhəmməd oğlu
Əzizov Nəbi Əzizağa oğlu
Hünbətov Əli Hüseyn oğlu
Hüseynov İntiqam Nəsib oğlu
Hüseynov Kazım Mirəziz oğlu
Kazımov Əlirahim Qəmbər oğlu
Məmmədrzayev Kərəm Əmirxan oğlu
Mikayılov Əli Zülfiqar oğlu
Pənahov Tariyel Həsən oğlu
Rüstəmxanlı Cəmil Sabir oğlu
Yusifli Vaqif Əli oğlu.