Avtomobil yollarda təmir-bərpa və təmizlik işləri aparılır - VİDEO / FOTO

18 Mart 2016- 00:00
11 Avtomobil yollarda təmir-bərpa və təmizlik işləri aparılır - VİDEO / FOTO

           

          Yazın gəlişi ilə əlaqədar olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti payız-qış mövsümündə yağan yağıntılar və intensiv hərəkət nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərinə start verib.

 

          Təmir-bərpa işləri zamanı deformasiyaya uğramış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə isə həmin hissəyə yeni asfalt-beton örtüyü döşənir.

 

          İşlərin tez bir zamanda yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

          Bundan başqa palçıq və toz basmış körpü və yol elementlərinin xüsusi təyinatlı işçi qrupu tərəfindən də təmizlənməsi işləri aparılır.

 

          Sözügedən işlər zamanı körpülərin mühəccərləri, dayaqları, səs boğucular, tunellərin divarları, yol nişanları, işıqəksetdiricilər, əyri xətli dəmir tirlər, səki daşları və s. xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur. 

 

          Havaların sabit keçməsi ilə əlaqədar olaraq “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks işlər çərçivəsində yol kənarlarında və yol ayrıcında olan səki daşları xüsusi alətlə təmizlənir, zədələnmiş əyri-xətli dəmir tirlər və işıq əksetdiricilər bərpa edilir.

 

          Sadalanan bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. İşlər aparılan ərazilərdə yaranan müvəqqəti narahatlığa görə, cəmiyyət vətəndaşlardan üzr istəyir və sürücülərdən bu işlərə analayışla yanaşmaları xahiş olunur.