Gəncədə vətəndaşların qaldırdıqları məsələlər öz həllini tapıb VİDEO

12 Aprel 2022- 09:09

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 29 mart tarixində Gəncə şəhərində vətəndaşları qəbul edib.

Qəbulda Gəncə şəhəri, SamuxKəlbəcər rayonlarından olan vətəndaşların müraciət şikayətləri dinlənilib. Müraciətlər avtomobil yollarının təmir-bərpası yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılması və zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.