Mayın 31-də Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək MƏLUMAT

23 May 2022- 12:36
11 Mayın 31-də Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov may ayının 31-də Zaqatala rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-da Zaqatala rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “14 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyənlərin Zaqatala rayonu “14 N-li Yol İstismarı” MMC-də öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.