Ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejimində çalışır, avtomobil yolları, küçə və prospektlər nəzarət altında saxlanılır.
Belə ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhərində Agentliyin xidmət etdiyi küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemi aradan qaldırmaq məqsədi ilə Agentliyin tabeliyində olan bütün Məhdud Məsuliyyətli Cəmiyyətlərin canlı qüvvəsi, həmçinin maşın-mexanizm və texnikaları hazır vəziyyətə gətirilib.
Vətəndaşlardan avtomobil yollarında yağış və sel sularının avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində yarada biləcəyi hər-hansı problemlə bağlı Agentliyin “Qaynar Xətt”i olan 012-599-79-75 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...