Bülbülə qəsəbəsində Samir Əliyev küçəsi təmir olunur VİDEO/FOTO

9 İyun 2022- 16:49

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Bülbülə qəsəbəsində Samir Əliyev küçəsinin təmir işləri aparılır. 

Uzunluğu 600, eni ortalama 6.5 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. 

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır. 

“İnvestisiya Proqramına”na əsasən, Suraxanı rayonu üzrə təmir işləri Əmircan qəsəbəsinin 650 metr uzunluğa malik Atamoğlan Rzayev Qaraçuxur qəsəbəsinin ümumi uzunluğu 2500 metr olan Şərq yaşayış massivinin yollarında da aparılır. 

Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 

YOLUNUZ AÇIQ OLSUN...