Zərdab rayonunun Şahhüseynli kəndində 1891 nəfər əhali yaşayır. Yolumuz Zərdab-Əlvənd-Gur-Gur avtomobil yolunun 20-ci km-dən ayrılaraq 3 km uzunluqda çınqıl örtüklü, bərbad vəziyyətdə və çoxlu sayda çuxurlardan ibarət idi. Bu günlərdə yolumuza qum-çınqıl qarışığı verilərək təmir olunub. İnanırıq ki, gələcəkdə yolumuzun asfaltlanmasına da göstəriş veriləcək.
Hörmətlə,
Zərdab rayonunun Şahhüseynli kənd sakinləri
YOLUNUZ AÇIQ OLSUN..