Zərdab rayonunun Dəliquşçu kənd yolu Zərdab-Əlvənd avtomobil yolunun 5-ci km-dən ayrılaraq 3 km uzunluğu olan yerli əhəmiyyətli yoldur. Yolun üzərində 1969-cu ildə tikilən körpü də vardır. Yaxın günlərdə kənd yolu qreyderlənib və sözügedən körpü bərpa edilib. Aparılan bu işlərə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə kənd sakinləri adından təşəkkür edirik.
Hörmətlə,
Zərdab rayonunun Dəliquşçu kənd sakinləri
YOLUNUZ AÇIQ OLSUN..