Xətai rayonu Sadıqcan küçəsi təmir olunur - VİDEO / FOTO

16 Aprel 2016- 00:00
11 Xətai rayonu Sadıqcan küçəsi təmir olunur - VİDEO / FOTO

                Xətai rayonu Sadıqcan küçəsində təmir-tikinti işlərinə başlanılıb.

 

                Küçənin uzunluğu 1 kilometr, ortalama eni isə 15 metrdir.

 

                “Azəravtoyol” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınır, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənir. Ümumilikdə küçənin 15 min m2 sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq və küçə boyu 2 min p/m yeni səki daşı düzüləcək.

 

                Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanacaq. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sitemi yaradılacaq, kommunikasiya xətlərinin baxış qapaqları yenilənəcək.

 

                Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsinin xətlənməsi işləri də aparılacaq.

 

                Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

 

 

XƏBƏRƏ AİD VİDEO:

 

XƏBƏRƏ AİD FOTOLAR: