“Qış parkı” ərazisində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidinə su sızmasının qarşısı alınıb.
Xatırladaq ki, parkın ərazisində yaşıllıq ərazinin suvarılması üçün nəzərdə tutulmuş xətdə baş vermiş qəza nəticəsində su keçidə sızırdı.
Dərhal bu barədə yaşıllığa xidmət göstərən quruma məlumat verilib və aidiyyəti qurum tərəfindən qəza aradan qaldırıldıqdan sonra keçidə su sızmasının qarşısı alınıb.