“Azəryolelmitədqiqatlayihə” İnstitutu ixtisasartırma kursları keçirib VİDEO/FOTO

30 İyun 2022- 17:02

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «Azəryolelmitədqiqatlayihə»  İnstitutu orta ixtisaslı mütəxəssislər üçün qırx saatlıq ixtisasartırma kursları keçirib. 
    
İxtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir. 

Kurslarda layihəçilər, layihə axtarış və geoloji tədqiqat mütəxəssisləri, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb.

Sözügedən kurslarda orta ixtisaslı mütəxəssislərə «Yol inşaat materiallarının laboratoriya sınaqları», «Avtomobil yollarının tikintisi» (mexanizator, avtoqreyder, vərdənə),  «Əməyin mühafizəsi və texniki təhlükəsizlik», «Layihə-axtarış» işləri üzrə mövzular tədris olunub.  

Sonda kursları bitirənlərə müvafiq olaraq sertifikatlar təqdim edilib.