Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə 4.4 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri qəsəbənin 1 May küçəsinin Yeni Yaşayış məhəlləsi üzrə aparılır.
Uzunluğu 1056, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
Daha sonra isə küçənin 5650 kv.m sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Hazırda küçədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılır.
Cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.6 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən rayonda 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...