Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsində Südçülük yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır.
Uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol yatağının və küçənin profilə salınması işləri görülür.
Sonda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Qeyd edək ki, “İnvestisiya Proqramına”na əsasən, cari il ərazində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4.5 km təşkil edən küçənin təmiri nəzərdə tutulub.
YOLUNUZ AÇIQ OLSUN...