Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu yenidən inşa olunub VİDEO/FOTO

20 İyul 2022- 13:23

Respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan və uzunluğu 8 km olan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən inşa olunub.


Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. 
 
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.      
 
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün zəruri yerlərdə müxtəlif diametrlərdə olan suötürücü boruların, beton küvetlərin tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülüb. 
 
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yolboyu 12 santimetr qalınlığında və 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. 
 
Layihəyə uyğun olaraq sonda zəruri olan yerlərdə yol nişanı, dayanacaqməlumatverici lövhələr quraşdırılıb, yolcizgi yolgöstərici xətlər çəkilib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnoloji ardıcıllıqla apardığı yenidənqurma işləri sözsüz ki, yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlərin öz həllini tapmasına,  həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafına şərait yaradacaq.

 

YOLUNUZ AÇIQ OLSUN..